Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan An-12 təyyarəsinin göyərtəsində 9 nəfər olub.
Trend xəbər verir ki, bunu vilayət üzrə FHN rəhbərinin müavini Andrey Ryabovolov deyib.
“İlkin məlumatlara görə, göyərtədə 9 nəfər olub. Onlardan 5-i heyət üzvü, digər 4-ü yükü müşayiət edənlər olub”, – deyə nazirlik rəsmisi bildirib.
O əlavə edib ki, hazırda altı nəfərin cəsədi aşkarlanaraq ekspertizaya göndərilib.