Rusiyada son 20 ildə ilk dəfə qətllərin və adam öldürməyə cəhdlərin sayı artıb.
AzerTimes xəbər verir ki, bu barədə “Travmpunkt” vəkil birliyinin hesabatında qeyd olunub.
“2022-ci ilə kimi Baş Prokurorluq qətl və sui-qəsdlərin sabit azalma vəziyyətində olduğunu göstərirdi. Əgər 2002-ci ildə bu rəqəmlərin sayı 32265 idisə, 2021-ci ildə 7332-yə düşmüşdü. Lakin 2022-ci ildə rəqəmlər birdən-birə 4 faiz (7628) artdı”, – hesabatda qeyd olunub.
Hesabat müəllifləri bildiriblər ki, qətl və sui-qəsdlərin artımı Ukrayna ilə sərhəd rayonlarında qeydə alınır. 2021-ci illə müqayisədə Belqorod vilayətində bu rəqəm 52-dən 102-yə, Kursk vilayətində isə 58-dən 89-a qalxıb. Artım Tambov (26-dan 44-ə), Kirov (45-dən 62-yə), Buryatiya (134-dən 177-yə) və Moskva vilayətində də (269-dan 413-ə) qeydə alınıb.