Rusiyanın Yelets şəhərində yaşayış binasında qaz partlayışı nəticəsində 3 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bu barədə Yelets rayonunun administrasiyası bildirib.
Bildirilib ki, daha 2 cəsəd tapılıb, onlardan biri dağıntılar altından çıxarılıb.
Daha əvvəl bir nəfərin öldüyü barədə məlumat verilib.
Qeyd edək ki, Lipetsk vilayətinin Yelets şəhərində iki mərtəbəli yaşayış binasında qaz partlayıb. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada divar qismən uçub.