Xəbər - Orxan Nəbiyev – Trend:
2021-ci ilin yekunlarına əsasən Rusiyada neft və qaz kondensatı hasilatı ötən illə müqayisədə 0,8 faiz artaraq 517 milyon ton, qaz hasilatı isə 12 faiz artaraq 777 milyard kubmetrə çatacaq.
Trend-in məlumatına görə, bunu bu gün Rusiya energetika naziri Nikolay Şulginov Federasiya Şurasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu il gözlənilən qaz hasilatı pandemiyadan əvvəlki 2019-cu ildən də yüksək olacaq.
İ.Şulginov əlavə edib ki, Rusiyada bu ilin sonunda kömür istehsalı 2020-ci illə müqayisədə 8 faiz, elektrik enerjisi istehsalı isə 5,6 faiz artacaq.