Rusiyada PUA qəzasından sonra meşə yanğını başladı

Rusiyada PUA qəzasından sonra meşə yanğını başladı

Rusiyanın Rostov vilayətinin meşə təsərrüfatı ərazisində PUA-nın qəzaya uğramasından sonra baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

AzerTimes xəbər verir ki, bunu vilayətin qubernatoru Vasili Qolubev Teleqram kanalında deyib.

“Milyutinski rayonunda PUA-nın qəzaya uğraması nəticəsində yaranan meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir.

Selivanovski kənd qəsəbəsindəki meşə təsərrüfatının ərazisində saat 14:00-dan etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilib”,- o bildirib.

Qolubev qeyd edib ki, yanğının söndürülməsinə 102 nəfər və 44 texnika cəlb olunub.

Teqlər: