Rusiyada keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürənlərin sayı 29-a çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 15-17 mart 2024-cü ildə keçiriləcək.