Rusiyada prezident seçkilərinin rəsmi nəticələrini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Nəticələrə əsasən, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin səslərin 87,28 faizini toplayıb.
Digər namizədlər Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutski isə 3,20 faiz səs toplayıb.
Prezident seçkilərində seçici fəallığı 77,49 faiz olub.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib.