Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın “Rapid BİO” şirkəti “Avivir” əczaçılıq şirkəti ilə birgə peyvəndləmədən sonra orqanizmdə anticisimlərin müəyyənləşdirilməsi üçün ekspres testi qeydiyyatdan keçirib.
AzerTimes-ın məlumatına görə, həmin testin nəticəsi 15 dəqiqə ərzində məlum olacaq.
Nəticələrin 96 faiz dəqiqliklə açıqlandığı bildirilir.
Qeyd olunur ki, ekspres testin reagentləri “Sputnik V” vaksininə uyğunlaşdırılıb.