Rusiyanın Murmansk hava limanı partlayış təhlükəsi səbəbindən təxliyə edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a hava limanının mətbuat xidmətindən bildiriblər.
“Təxliyyə fövqəladə vəziyyət (partlayış təhlükəsi) ilə əlaqədar saat 18:58-də həyata keçirilib. Hava limanına təcili xidmətlər cəlb edilib”, – deyə mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, iki aviareys təxirə salınıb, biri Vnukovo hava limanına, biri isə Pulkovo hava limanına.
Daha sonra hava limanında bildiriblər ki, binanın girişində sərnişinin üzərindən partlayıcı qurğunun mulyajı aşkar edilib, aeroportun fəaliyyəti bərpa edilib.
“Hava limanındakı vəziyyətlə bağkı: aeroportun binasının girişində sərnişində hava yolu ilə daşınması qadağan edilmiş şübhəli əşya (partlayıcı qurğunun mulyajı) aşkar edilib. Hava limanı təxliyyə edilib, hadisə yerinə təcili xidmətlər cəlb olunub. Hazırda aeroport fəaliyyətini bərpa edib”, – deyə hava limanından bildiriblər.