Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın Kemerovo vilayətində paraşütçülərin olduğu təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.
Yaralananlardan 4 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Qəza zamanı təyyarədə 17 nəfər olub. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.