Rusiayda ötən sutka ərzində koronavirusa 12 742 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 164 726 nəfərə çatıb.
Məlumata əsasən, son sutka koronavirusdan 417 nəfər ölüb, 16 012 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 83 293 nəfəri vəfat edib, 3 713 445 nəfəri isə sağalıb.
Bildirilir ki, hazırda 367 988 nəfərin müalicəsi davam etdirilir.