Rusiyada on minlərlə sakin işıqsız qaldı

Rusiyada on minlərlə sakin işıqsız qaldı

Rusiyanın Leninqrad vilayətinin on minə yaxın sakini pis hava şəraiti səbəbindən işıqsız qalıb.

AzerTimes xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti öz Teleqram kanalında məlumat yayıb.

Verilən məlumata görə, 117 briqada elektrik enerjisinin verilməsini bərpa edir. Artıq dəymiş ziyanın bir hissəsi aradan qaldırılıb.

Qeyd edilir ki, əsas kəsilmələr saat yerli vaxtla saat 17:00-da başlayıb və Qatçina, Vsevolojsk və Kinqisepp rayonlarına təsir edib.

Teqlər: