Rusiya ərazisində 40 ildən sonra ilk dəfə Yay Olimpiya Oyunları yayımlanmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın iki əsas dövlət kanalı Olimpiadanın Rusiyanın himni və bayrağı olmadan yayımlanmasının mümkün olmadığını bildirib.
Qeyd edək ki, sonuncu dəfə SSRİ 1984-cü ildə Los-Ancelesdə keçirilən oyunları boykot etdiyi zaman Rusiyada Olimpiya Oyunları göstərilməmişdi.