Rusiyada oğlu qurbağa yeyən nazir istefa verdi

Rusiyada oğlu qurbağa yeyən nazir istefa verdi

Rusiyanın Çuvaşiya Respublikasının rəqəmsal inkişaf naziri Kristina Maynina istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə nazir özünün şəxsi bloqunda məlumat yayıb.

“Rəqəmsal inkişaf naziri postundan getməyə qərar verdim”, – Maynina bildirib.

Rusiya Teleqram kanallarının məlumatına görə, Mayninanın istefasına səbəb oğlunun yaydığı görüntülərə görə polisə çağırılması olub. Bildirilib ki, orta məktəb şagirdi olan oğlu videoda üzünə qan sürtüb, çiy ət yeyib, qurbağanın başını dişləyib, hətta sinif yoldaşlarını güllələməklə hədələyib.

Oğlanın sinif yoldaşlarından birinin anası video barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Evdə aparılan axtarışlar zamanı oğlandan üzərinə svastika çəkilmiş fincan, nasist simvolları ilə bəzədilmiş çəngəl-bıçaq tapılıb.

Teqlər: