Rusiyada növbəti səfərbərlik başlayır? – Peskov

Rusiyada növbəti səfərbərlik başlayır? – Peskov

Teleqram kanallarının əhəmiyyətini şişirtmək olmaz, hakimiyyət ilkin məlumat mənbəyi olaraq qalır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qismən səfərbərliyin gözlənilən yeni dalğası ilə bağlı iddiaları şərh edərkən deyib.

“Bu barədə hər şey eyni Teleqram kanallarında dəfələrlə deyilib. Ümumilikdə Teleqram kanallarına bu qədər önəm verməyə ehtiyac yoxdur”, – Peskov bildirib.

O vurğulayıb ki, səfərbərlik barədə ilkin məlumat mənbəyi Rusiya Prezidentinin rəhbərlik etdiyi rəsmi qurumlardır.

Qeyd edək ki, yaxın günlərdə Rusiyanın ikinci səfərbərlik elan edəcəyi və 500 min əsgər toplayacağı haqda məlumat yayılıb. Məlumatın mənbəyi Ukrayna kəşfiyyatıdır.

Xatırladaq ki, qismən səfərbərliyin birinci dalğasında 300 mindən çox əsgər toplanmışdı.

Zeynəb Əkbər

Teqlər: