Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada fevralın 20-də növbəti koronavirus vaksininin qeydiyyata alınması planlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akasdemiyası bildirib.
Qeyd olunub ki, “Kovivak” vaksininin qeydiyyat sənədləri yanvar ayında əldə olunub.
“Kovivak”ın genişmiqyaslı sınaqların 3 minədək könüllünün iştirakı nəzərdə tutulur.
Vaksinin sınaqlarının ilk iki mərhələsində 400 könüllü iştirak edib. Hər hansı fəsadlar barədə məlumat verilməyib.