Rusiyada “News.Google” internet xidmətinə giriş məhdudlaşdırılıb

Rusiyada “News.Google” internet xidmətinə giriş
məhdudlaşdırılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Roskomnadzor”un mətbuat xidməti
bildirib.

Məlumata əsasən, giriş məhdudiyyəti Ukraynada xüsusi hərbi
əməliyyatın gedişi ilə bağlı etibarsız məlumatlar olan materiallara
çıxışı servis tərəfindən təmin olmasına görədir.

“Rusiya Baş Prokurorluğunun tələbi əsasında Roskomnadzor ölkədə “News.Google” internet xidmətinə girişi məhdudlaşdırıb. Sözügedən
ABŞ-ın onlayn xəbər resursu Ukrayna ərazisində xüsusi hərbi
əməliyyatın gedişi ilə bağlı etibarsız sosial əhəmiyyətli
məlumatları özündə əks etdirən çoxsaylı nəşrlərə və materiallara
çıxış təmin edib”, – deyə qeyd olunub.