

Rusiyanın Volqoqrad vilayətindəki neft emalı zavoduna PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin rəhbəri Andrey Boçkarev məlumat yayıb.
“PUA-ların böyük qismi zərərsizləşdirilib. Xəsarət alan yoxdur. PUA-ların qalıqlarının düşməsi nəticəsində neft emalı zavodunun ərazisində yanğın baş verib”, – Boçkarev bildirib.