Rusiyanın Kursk vilayətindəki neft bazasına PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt məlumat verib.
“Kurskda hava hücumundan müdafiə sistemləri işləyir. PUA neft bazasının ərazisinə düşüb və yanıb. Hadisə yerində yanğınsöndürən komandaları və operativ xidmətlər işləyir”, – qubernator bildirib.