Rusiyanın Kursk vilayətindəki neft bazasına PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt məlumat yayıb.
“İlkin məlumata görə, tələfat yoxdur. Hadisə yerində xüsusi xidmət orqanları işləyir”, – qubernator bildirib.
Rusiya Teleqram kanallarının məlumatına görə, hücuma məruz qalan neft bazası Polevaya kəndi ərazisində yerləşir.