Rusiyanın Tambov vilayətindəki Platonovskaya neft bazasının ərazisində partlayış baş verib. Ehtimal olunur ki, əraziyə PUA hücumu olub.
AzerTimes xəbər verir ki, bunu Tambov vilayətinin qubernatoru Maksim Yeqorov deyib.
“Partlayışdan sonra neft çəni yanıb. Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub, yanğın söndürülür. Bundan əlavə, Pervomayski rayonunda PUA-nın qalıqları aşkar edilib. Hücumlar nəticəsində xəsarət alan olmayıb. Tambov vilayətində təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülüb”, – o bildirib.