Rusiyanın Tula vilayətində yaşayış sahələrindən uzaqda naməlum pilotsuz təyyarə qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə Tula vilayətinin regional təhlükəsizlik komitəsi məlumat yayıb.
“Martın 19-da Odoyevski rayonunda, Petrovskoye və Malovel qəsəbələri arasında, yaşayış binalarından aralıda naməlum pilotsuz uçuş aparatı aşkar edilib. Əhali və infrastrukturla bağlı heç bir təhlükə yoxdur”, – məlumatda deyilir.
Bildirilir ki, hadisə yerində bütün əməliyyat xidmətləri işləyir.