Rusiyada müxbirə hücum edən diplomat xəstəxanaya düşdü

Rusiyada müxbirə hücum edən diplomat xəstəxanaya düşdü

Bir müddət əvvəl Vnukovo hava limanında rusiyalı jurnalistlərə hücum edən Böyük Britaniyanın Rusiyadakı səfirinin müavini Tomas Dodd Moskvada xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “112” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, britaniyalı diplomat oktyabrın 27-si bazar günü səhər saatlarında xəstəxanaya aparılıb.

Ona qida borusu xəstəliyi diaqnozu qoyulub. İndi o, həkimlər tərəfindən müayinə olunur, sağlamlığı və həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Dodd oktyabrın 22-də Moskvaya gəlib. Onunla birlikdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Direktorluğunun rəhbəri Kristofer Allan və onun müavini Lorreyn Fassi də Rusiya paytaxtına uçub. Onlar diplomatik missiyanın altı əməkdaşının akkreditasiyadan məhrum edilməsi ilə bağlı qalmaqaldan sonra gəliblər.

Vnukovo hava limanında rusiyalı jurnalistlər Dodda yaxınlaşaraq ona sual verməyə çalışıblar. Lakin o, gözlənilmədən mətbuat nümayəndələrindən birinin döş nişanını qoparıb, həmçinin ona sual verən digər jurnalisti itələyib. Britaniyalı diplomat onu lentə alan kameranı əli ilə qapayıb və aeroport binasının çıxışında plakatı cırıb.

Teqlər: