Rusiyada qərar verənlər arasında müharibənin davam etdirilməsini müdafiə edənlər demək olar ki, yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
“Rusiyada müharibəni dəstəkləyənlər demək olar ki, tək qalıb. Hamı başa düşür ki, bu çöküş nə qədər tez başa çatsa, bir o qədər yaxşıdır. Rusiyada real vəziyyətdən danışan məmurların və hərbçilərin vəzifələrindən uzaqlaşdırılması Ukrayna üçün xeyirlidir”.