Rusiyanın Həştərxan vilayətində MiQ-29 təyyarəsi qəzaya uğrayıb.
AzerTimes-ın məlumatına görə, qəza zamanı pilot həlak olub.
“18 avqust 2021-ci ildə Həştərxan vilayətində plan üzrə uçuş zamanı MiQ-29 təyyarəsi qəzaya uğrayıb. Təyyarə Aşuluk poliqonunun ərazisində düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Pilot həlak olub”, – mesajda deyilir.
Qəzanın səbəblərini müəyyən etmək üçün hadisə yerinə komissiya göndərilib.