Rusiyanın Kamçatka vilayəti ərazisində Mi-8 helikopteri radarlardan itib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib.
Helikopterdə 3 ekipaj üzvü olub. Onlardan 2-si pilot, biri mühəndis imiş.
Hazırda helikopterin tapılması istiqamətində tədbirlər görülür.