Rusiyanın Murmansk vilayətində “Murmanavia” şirkətinə məxsus Mi-8T helikopteri mühərrikində yaranan nasazlıq səbəbindən sərt eniş edib.
AzerTimes xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Çərşənbə axşamı, mayın 28-də Murmansk vilayətində, Murmanskdan 300 km-dən çox cənub-şərqdə “Murmanavia” aviaşirkətinə məxsus Mi-8T helikopteri mühərrikində nasazlıq səbəbindən təcili eniş edib”, – məlumatda deyilir.
Əlavə informasiya verilmir.