Rusiyada metallurgiya kombinatının anbarında partlayış baş verib

Rusiyada Novolipetsk Metallurgiya Kombinatının anbarında partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə kombinatın mətbuat xidməti bildirib.

Məlumata əsasən, kömür anbarında kömür hazırlayan konveyer yanıb, anbarın dam örtüyü qismən zədələnib.


Bildirilib ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Şirkətdə bildiriblər ki, xəsarət alan şəxs yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyəti ilə bağlı müəssisə rəhbərliyi operativ məlumat alır.