Rusiyada məşhur markanı Türkiyə brendi əvəz edəcək

Rusiyada məşhur markanı Türkiyə brendi əvəz edəcək

Rusiya bazarını tərk edən ispan geyim markası “Zara”nın yerini Türkiyənin “LC Waikiki” brendi tutacaq.

AzerTimes xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.

“LC Waikiki” Voronejdə “City-Park Grad”da flaqman mağaza açır. Şirkət binanı uzunmüddətli müqavilə əsasında icarəyə götürüb. Mağaza bu bölgədəki pərakəndə satış məntəqələri arasında sahəsinə görə ən böyüyü olacaq – 1,6 min kvadratmetrdən çox”, – məlumatda bildirilib.

Qeyd edək ki, “LC Waikiki” Fransada yaradılıb və 1997-ci ildən türk markasıdır. Pərakəndə satış şirkətinin 57 ölkədə 1,2 mindən çox mağazası var.

Teqlər: