Rusiyanın Tuva Respublikasında meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, respublikanın 11 rayonunda 32 meşə yanğını qeydə alınıb.
Yanğının ocaqlarından biri Tandin rayonunda yaşayış məntəqəsindən cəmi 5 kilometr məsafədə yerləşir.
500-ə yaxın məktəbli 3 uşaq düşərgəsindən təxliyə olunub.