Rusiyanın Kalmıkiya regionunda məhbuslar həbsxana əməkdaşlarına hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, əldəqayırma silahla gerçəkləşdirilən hücumda həbsxananın 1 əməkdaşı ölüb, 7 nəfər yaralanıb.
Məlumata görə, hücumu 2 məhkum həyata keçirib.