Rusiyada marketə girən erməni atışma törətdi

Rusiyada marketə girən erməni atışma törətdi

Rusiyanın Sankt-Peterburq şəhərində Ermənistan vətəndaşı olan 40 yaşlı şəxs marketdə pnevmatik tapançadan atəş açıb.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, əlində bıçaq və pnevmatik tapança olan adı açıqlanmayan şəxs marketə daxil olaraq bir nəfəri yaralayıb. Yaralanın vəziyyəti açıqlanmır.

Hadisə yerindən qaçan erməni az sonra saxlanılıb. Onun barəsində protokol tərtib edilib, cinayət işi qaldırılması məsələsi həll edilir.

Teqlər: