Rusiyada “MakDonalds”ın yeni adı açıqlanıb.
AzerTimes xəəbər verir ki, bu barədə restoranlar şəbəkəsinin direktoru Oleq Paroyev məlumat yayıb.
Onun sözlərinə görə, restoran şəbəkəsi rebrendinq edilib və bundan sonra “Dadlıdır və nöqtə” (“Vkusno i Toçka”) adı ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Rusiya Ukraynaya hücum edəndən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən “MakDonalds” restoranlar şəbəkəsini bağlamışdı.