Rusiya və Türkiyə maliyyə məsələlərində üçüncü ölkələrin təzyiqindən asılı olmamalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya-Türkiyə İş Şurasının (RTBC) direktoru Aleksey Eqarmin deyib.
Onun sözlərinə görə, artıq Misirdəki otellərdə rublla hesablaşmaların aparılmasına başlanılır.
“Rusiya ilə digər ölkələr, beynəlxalq təşkilatlar arasında qarşılıqlı əlaqə milli valyutalarda hesablaşmalara keçid istiqamətindədir. Türkiyədə rubl qəbul edilirsə, o zaman Türkiyə vətəndaşları da Rusiyada lirə ilə ödəniş edə bilməlidir”, – Eqarmin bildirib.