Rusiyada koronavirusun daha iki yeni ştammına yoluxma qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada hazırda koronavirusun “mü” ştammına 3, “lyambda” ştammına bir yoluxma qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın Epidemiologiya Mərkəzi Elmi-Tədqiqat İnstitutunun direktoru Vasili Akimkin deyib.


O bildirib ki, hazırda Rusiyada yoluxma hallarında koronavirusun “delta” ştammı dominant mövqedədir.