Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın Federal Tibb-Biologiya Agentliyi ölkədə koronavirusun mövcud olan bütün variantlarını müəyyən edə bilən test sistemini qeydiyyata alıb.
AzerTimes-ın məlumatına görə, bu barədə agentliyin bəyanatında deyilir.
Qeyd olunur ki, həmin sistem selikli qişadan götürülən yaxmadan virusun RNT-sini keyfiyyətli şəkildə müəyyən edə bilən reagentlər toplusudur.
Agentlik test sistemi üçün müvafiq qeydiyyat şəhadətnaməsi verib.