Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 1 028 nəfər koronavirusdan vəfat edib.
Trend-in məlumatına görə, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub.
Oktyabrın 19-da 1 015 nəfərin ölümü qeydə alınmışdı. Rusiyada bu günədək ölənlərin sayı isə 226 353 nəfərə çatıb.
Eyni zamanda ölkədə son sutkada 34 073 nəfər koronavirusa yoluxub. Bu günədək yoluxanların sayı 8,09 milyon nəfəri ötüb.