Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 1 215 nəfər koronavirusdan ölüb.
Trend-in məlumatına görə, bu günədək ölkədə virusdan ölənlərin sayı 280 072 nəfərə çatıb.
Ötən gün 1 217 nəfərin ölümü qeydə alınmışdı.
Eyni zamanda ölkədə son sutkada 32 974 nəfər koronavirusa yoluxub.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 9,76 milyon nəfəri ötüb.