Rusiyada koronavirusdan ölənlərin sayı 265 mini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 1 241 nəfər koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bugünədək Rusiyada virusdan ölənlərin sayı 265 336 nəfərə çatıb.

Ötən gün ölkədə 1 252 nəfərin ölümü qeydə alınmışdı.

Eyni zamanda ölkədə son sutkada 35 681 nəfər koronavirusa yoluxub. Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı isə 9,36 milyon nəfəri ötüb.