Rusiyada koronavirusdan ölənlərin sayı 260 mini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 1 251 nəfər koronavirusdan vəfat edib. Bu, pandemiya dövründə Rusiyada qeydə alınan növbəti ən yüksək göstərici olub.

Trend-in məlumatına görə, bugünədək ölənlərin sayı 260 335 nəfərə çatıb. Bir gün əvvəl 1 247 nəfər virusun qurbanı olmuşdu.

Eyni zamanda ölkədə son sutkada 37 374 nəfər koronavirusa yoluxub.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 9,21 milyon nəfəri ötüb.