Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb.
Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 1 239 nəfər isə vəfat edib ki, bu da pandemiya dövründə qeydə alınmış ən yüksək rəqəm olub.
Xatırladaq ki, bir gün əvvəl 1 211 nəfər həyatını itirmişdi.
Eyni zamanda, Rusiyada son sutka ərzində 38 058 nəfər koronavirusa yoluxub.
Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,91 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 250 454 nəfərə çatıb.