Rusiyada koronavirusdan ölənlərin sayı 236 mini ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 1 163 nəfər koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Oktyabrın 28-də 1156 nəfərin ölümü qeydə alınmışdı.

Eyni zamanda ötən gün Rusiyada 39 849 nəfər koronavirusa yoluxub.


Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,44 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 236 220 nəfərə çatıb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.