Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 1 015 nəfər koronavirusdan vəfat edib.
Trend-in məlumatına görə, bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub. Buna qədər oktyabrın 16-da 1 002 nəfərin ölümü qeydə alınmışdı.
Rusiyada bu günədək ölənlərin sayı isə 225 325 nəfərə çatıb.
Eyni zamanda ölkədə son sutkada 33 740 nəfər koronavirusa yoluxub. Bu günədək yoluxanların sayı 8,06 milyon nəfəri ötüb.