Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində koronavirusdan 812 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu, avqustun 26-dan sonra qeydə alınmış ən yüksək göstərici olub.
Bu günədək ölkədə bu günədək ölənlərin sayı 199 808 nəfərə çatıb.
Eyni zamanda, Rusiyada ötən gün 19 179 yeni yoluxma qeydə alınıb.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,3 milyon nəfəri ötüb.
Xatırladaq ki, Rusiyada koronavirusdan ölüm hallarında ən yüksək göstərici avqustun 26-da qeydə alınmışdı. Həmin gün ölkə ərazisində 820 nəfər həyatını itirmişdi.