Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 177 282 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 168 201 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 12,63 milyonu ötüb.
Eyni zamanda, son sutkada 714 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 682 nəfər idi.
Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 334 753 nəfərə çatıb.