Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 41 335 nəfər koronavirusa yoluxub. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.
Trend-in məlumatına görə, 1 188 nəfər isə vəfat edib. Bir gün əvvəl 1 192 nəfər həyatını itirmişdi.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 8,75 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 245 635 nəfərə çatıb.
Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.