Rusiyada koronavirusa yoluxanların sayı yenidən artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 180 622 nəfər koronavirusa
yoluxub.

Trend-in
məlumatına görə, ölkədə yoluxma sayı ötən günlə müqayisədə
artıb.

Əvvəlki gün 179 284 nəfərin yoluxması qeydə alınmışdı. Bu
günədək ölkədə koronavirusa yoluxanların sayı 14,84 milyonu
ötüb.


Eyni zamanda, son sutkada 790 nəfər həyatını itirib. Bir gün
əvvəl ölənlərin sayı 748 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 343 173 nəfərə
çatıb.