Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 33 899 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu, ötən il noyabrın 27-dən sonra qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 31 252 nəfərin yoluxması qeydə alınmışdı. Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,89 milyonu ötüb.
Eyni zamanda son sutkada 698 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 688 nəfər təşkil etmişdi.
Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 323 376 nəfərə çatıb.