Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 141 883 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 125 836 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 12,12 milyonu ötüb.
Eyni zamanda, son sutkada 678 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 663 nəfər idi.
Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 332 690 nəfərə çatıb.