Rusiyada ötən stuka ərzində koronavirusa 25 018 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 958 133 nəfərə çatıb.
Məlumata əsasən, son sutka koronavirusa 764 nəfər vəfat edib, 18 886 nəfər isə sağalıb. Koronavirusdan ölənlərin ümumi sayı 148 419, sağalanların sayı isə 5 341 231 nəfər təşkil edir.
Bildirilir ki, hazırda 468 483 nəfərin müalicəsi davam edir.